TuranBankın aktivləri 18,2 % artıb
2012-ci il sentyabrın 1-i üçün TuranBank-ın aktivləri 195,9 mln manat olub. İlin əvvəli ilə müqayisədə bu göstərici 18,2%, 2011-ci ilin eyni dövrü ilə müqayisədə 27,9% artıb. Hesabat dövrünə bankın kredit portfelinin qalığı 149,1 mln manat olub. İlin əvvəli ilə müqayisədə bu göstərici 27,5%, 2011-ci ilin eyni dövrü ilə müqayisədə 25,5% artıb.
Bankdan verilən məlumata görə, 2012-ci ilin 8 ayında depozit portfeli ilin əvvəli ilə müqayisədə 12,8% 2011-ci ilin eyni dövrü ilə müqayisədə 27% artıb. Depozit portfelinin strukturunda müddətli depozitlər 67,7 mln manat olub. Bu, 2011-ci ilin eyni dövrü ilə müqayisədə 17,9% çoxdur.
Bankın məcmu kapitalı ilin əvvəli ilə müqayisədə 13,5% 2011-ci ilin eyni dövrü ilə müqayisədə 6,1% artıb və 27,1 mln manat olub. Nizamnamə kapitalı 23,8 mln manata çatıb. İlin əvvəlindən o, 8,2% artıb.
Nizamnamə kapitalının strukturuna 26 təsisçi daxildir. Bunun 5-i hüquqi (21,54%), 21-i (78,46%) fiziki şəxsdir.
2012-ci ilin 8 ayında TuranBank-ın gəlirləri 12,3 mln manat xərclər olmaqla 14,7 mln manat təşkil edib. Balans mənfəəti 2,4 mln manat olub.
Bankın 12 filialı (Gəncə, Sumqayıt, Tovuz, Zaqatala, Ağstafa və Xaçmazda 6 ofis) və 20 valyuta mübadiləsi məntəqəsi var.
TuranBank WesternUnion, XpressMoney, Contact, Migom, “Zolotaya korona”, Privatmoney, “Bıstraya poçta”, “Allür” və Blizko pul köçürmələri sistemləri vasitəsilə xidmət göstərir. --15D--
-
- Siyasət
- 18 Sentyabr 2012 15:15
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz