Altı ildə tikinti şirkətləri əsas vəsaitləri 1 mlrd manat artırıb
2014-cü ildə Azərbaycanda tikinti şirkətlərinin əsas vəsaitlərinin qiyməti 6,8% artaraq 3 mlrd 285 mln manata çatıb, deyə Dövlətstatkomda Turan-a bildiriblər.
2009-cu ildən tikinti şirkətləri təkcə əsas vəsaitlər üzrə öz aktivlərini 1 mlrd 95 mln manat artırıb.
Bu şirkətlərin əsas vəsaitləri bina və qurğularda (40,3%), maşın və avadanlıqlarda (32,6%), nəqliyyat vasitələrində (23,3%.) və s ifadə olunub.
Şirkətlər əsasən mənfəət hesabına inkişaf edir. 2014-cü ildə tikinti şirkətlərinin mənfəəti 70% artaraq 493,7 mln manata çatıb.
İl ərzində tikinti şirkətlərinin sayı 1446-dan 1498-ə artıb. Bu şirkətlərin əsas hissəsi (855) bina tikməklə məşğuldur. Mülki təyinatlı obyektlərin tikintisi sahəsində 227, ixtisaslaşmış işlərlə 416 şirkət məşğuldur. 08B
-
- Cəmiyyət
- 4 Sentyabr 2015 16:45
-
- İqtisadiyyat
- 4 Sentyabr 2015 18:12
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz