AMB deposit hərracında cəmi 15 milyon manat cəlb edib
Sentyabrın 5-də Azərbaycan Mərkəzi Bankı (AMB) depozit hərracında planlaşdırılan 50 mln. manatın əvəzinə 15 mln. manat cəlb edib. Bu barədə AMB bildirib.
Turan məlumat verir ki, 15 mln. manat 28 gün müddətinə cəlb edilib, orta ölçülmüş dərəcə
9,49% təşkil edib.
AMB 2016-cı ilin iyunundan depozit hərraclarının keçirilməsinə başlayıb və indiyədək 11 hərrac keçirib.
AMB hər hərracda anons etdiyi məbləği toplamayıb.
Ekspertlər ehtimal edirlər ki, bunun səbəbi kommersiya banklarının AMB-yə və manata inamının olmamasıdır.
Beynəlxalq praktikaya əsasən depozit hərraclarında əsas məqsəd pul kütləsinin sterilizasiyasıdır. AMB depozit hərracları zamanı kommersiya banklarının depozitlərini yerləşməyə qəbul edir. 72D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz