AMB manatın devalvasiyasının müqəssirini tapıb
Manatın devalvasiyasında kommersiya bankları günahkardır. Mərkəzi Bank belə bir nəticəyə gəlib və iddia edir ki, banklar iki dəfə (ötən ilin noyabrı və bu ilin yanvarında) hesabları kütləvi şəkildə manatdan əsasən dollara konvertasiya ediblər.
Statistikaya əsasən, bu dövrdə xarici valyuta ilə əmanətlərdə gəlirlilik dərəcəsi manat əmanətlərindən 0,6% artıq olub. Noyabrda fərq +0,57%, yanvarda +0,64% təşkil edib. Guya bu, əmanətçilərin aktivliyinə səbəb olub.
Turan ekspertlərinin fikrincə, AMB cəmiyyətdə çaşqınlıq yaradır. Manatdan dollara və qismən avroya keçid neftin qiymətinin düşməsi və ölkədə beynəlxalq ixtisaslaşmış strukturlara bağlı birja valyuta bazarının olmaması üzündən baş verib. --17D—
-
- İqtisadiyyat
- 4 Mart 2015 19:06
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz