AMB-nin bank maliyyələşməsi hesabatı
Mərkəzi Bankın rüblük hesabatına görə, aprelin 1-i üçün vaxtı keçmiş kreditlərin həcmi 1 mlrd 326,5 mln manat (ilin əvvəlinə nisbətən +9,33% və ya 113,2 mln) olub, kredit portfelində onun xüsusi çəkisi 0,2 artaraq 6,74% təşkil edib.
Manatla vaxtı keçmiş kreditlər 691,5 mln manat (52,13%), xarici valyuta ilə 635 mln. manat və ya 47,87% olub.
Aprelin 1-i üçün bank və BOKT-nın kredit qoyuluşları 19 mlrd 687 mln manat (mənfi 9,4%) olub. Bunun 34,5%-i və ya 6 mlrd 796,8 mln manat dövlət aktivli bankların payına düşür. Onların payı 6,8% azalıb. Qalan 12 mlrd 294,7 mln manat özəl bankların (mənfi 11,4%), 3% BOKT-ların payına düşür.
Manatla kredit portfeli 51% (+0,4%) və ya 10 mlrd 29,7 mln. manatdır.
Portfeldə ev təsərrüfatlarının payı 40,6%-dən 38,5%-ə düşüb (7 mlrd 583,2 mln manat). İkinci yerdə (15,5%) tikinti və daşınmaz əmlak – 3 mlrd 54,8 mln manat, ardınca ticarət və xidmət (14,2% və ya 2 mlrd 800,5 mln manat) gəlir. Nəqliyyat və rabitəyə 1 mlrd 513,4 mln manat (7,7%), sənaye və istehsala 1 mlrd 369,1 mln manat (7%) kredit verilib.
Energetika, kimya sənayesi və təbii ehtiyatlar üzrə bank kreditləşməsi cəmi 298,2 mln manat (1,5%) olub. Aqrar sənayeyə 432,9 mln manat (2,2%) bank krediti verilib. --17D—
-
- Siyasət
- 6 May 2016 12:44
-
- İqtisadiyyat
- 6 May 2016 13:55
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz