AMB ötən il 5,5 mlrd manat mənfəətlə işləyib
Ötən il Azərbaycan Mərkəzi Bankı 5 mlrd 531,13 mln manat xalis mənfəətlə işləyib (2014-cü ildə 308 mln 734 min manat itki olub), bunun səbəbi milli valyutanın iki dəfə devalvasiyasıdır.
Hesabata əsasən, nizamnamə kapitalının 50 dəfə artımı nəzərə alınmaqla (10 mln idi, 500 mln manat olub) AMB-nın məcmu kapitalı 5 mlrd 468 mln 473 min manata çataraq onu bu göstəriciyə görə yerli maliyyə bazarının liderinə çevirib. --17D—
-
- İqtisadiyyat
- 6 May 2016 13:53
-
- Siyasət
- 6 May 2016 13:56
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz