AMB-nin beynəlxalq ehtiyatları 60% azalıb
10 ayda Azərbaycan Mərkəzi Bankının beynəlxalq ehtiyatları 60% azalıb.
Mayın 15-i üçün ehtiyatlar $10581,54 mln olub. 2014-cü ilin avqustunda pik zamanı bu göstərici $17782,94 mln idi.
Bu məsələdə 21 fevraldakı devalvasiya həlledici rol oynayıb. 15 yanvardan 15 fevrala kimi ehtiyatlar $1,7 mlrd azalıb. Ondan sonra mayın ortası ilə müqayisədə BVE 29% və ya $2,8 mlrd azalıb.
Dövlətin beynəlxalq ehtiyatlarına tədiyə balansının kəsirinin maliyyələşməsi, valyutanın mübadilə məzənnəsini tənzimləmək üçün lazım olan xarici aktivlər daxildir. Ehtiyat aktivləri xarici valyutada və real mövcud olmalıdır. Yalnız yüksək keyfiyyətli aktivlər beynəlxalq ehtiyatlar sayılır.—0—
-
- Siyasət
- 9 İyul 2015 14:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz