AMB-nın kapitallaşma ilə bağlı tələbinin vaxtı dəyişdirilməyəcək
Azərbaycan Mərkəzi Bankının minimal kapitallaşma ilə bağlı tələbini nə məbləğ, nə də vaxt baxımından dəyişməyəcək, bunu jurnalistlərə AMB-nın baş direktoru Rəşad Orucov bildirib - şərtləşdirildiyi kimi, bank bazarının bütün iştirakçıları 2015-ci ilin yanvarın 1-ə 50 mln manat həcmində nizamnamə kapitalına malik olmalıdır.
“Şərti yerinə yetirmək üçün bankların ay yarım vaxtı var, bu müddət ərzində onlar ya kapitallaşmanı artırmalı, ya birləşməli ya da qanunvericiliyə uyğun gidər müvafiq addımlar atmalıdırlar”, - deyə o bildirib. Onun sözlərinə görə, yeni tələb bankların kredit tələblərinə təsir edib, onların aktivlərinin qeyri-neft ÜDM-ə nisbətini 78%-ə qədər artırıb. --17D—
-
- İqtisadiyyat
- 15 Noyabr 2014 12:12
-
- Siyasət
- 15 Noyabr 2014 12:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz