Əsas yeyinti məhsulları üzrə hökumətin proqnozu
Azərbaycan hökuməti əkin sahələrinin və istehsal obyektlərinin artırılması hesabına şəkər istehsalını ötən ilki 423,1 mindən 2018-ci ildə 620,8 min tona (+68%) artırmağı proqnozlaşdırır. Nazirlər Kabineti bu il bu məhsuldan 456,3, gələn il 516,5, 2016-cı ildə 559, 2017-ci ildə 603,9 min ton istehsal ediləcəyini gözləyir.
Çörək və çörək-bulka məmulatı istehsalı ötən il 741,8 min ton olub, bu il 748,6 min ton, 2015-ci ildə 757,4 min ton, 2016-cı ildə 766,3 min ton, 2017-ci ildə - 775,2 min ton, 2018-ci ildə 784 min ton gözlənilir.
Un istehsalı ötən il 1437,6 min ton olub, bu il 1450,8, gələn il 1467,9, 2016-cı ildə 1485,1, 2017-ci ildə 1502,2, 2018-ci ildə 1519,4 min ton proqnozlaşdırılır.
Ötən il 27 min 456,1 ton duz istehsal olunub. Bu il 27975,7 ton, gələn il 28426,9, 2016-cı ildə 30344,6, 2017-ci ildə 31585,5, 2018-ci ildə 34969,7 ton olacaq.
Ötən il 100,2 min ton bitki yağı istehsal olunub. Bu il 105,4 min ton, gələn il 110,8, 2016-cı ildə 116,5, 2017-ci ildə 122,6, 2018-ci ildə 128,9 min ton təşkil edəcək.
Kərə yağı ötən il 21,9 min ton istehsal edilib. Bu il 24,3, gələn il 26,8, 2016-cı ildə 29,5, 2017-ci ildə 32,4, 2018-ci ildə 35,6 min ton istehsal ediləcək.
Pendir və kəsmik istehsalı ötən il 47,3 min ton olub, bu il 52,5, gələn il 57,8, 2016-cı ildə 63,6, 2017-ci ildə 70, 2018-ci ildə 76,9 min ton gözlənilir. --17D--
-
- Siyasət
- 15 Noyabr 2014 11:26
-
- İqtisadiyyat
- 15 Noyabr 2014 12:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz