Qarabağda olan Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın ünvanına hədələr yağdırıb.
Ağdam rayonu ərazisində keçirilən təlimlərdə iştirak edən hərbiçilər qarşısında çıxış edən Sarkisyan bu təlimləri ən böyük və geniş miqyaslı təlim adlandırıb.
O, Azərbaycan tərəfi “çətin vəziyyətdə qalan və təhlükə mənbəyi olmayan” helikopteri məhv etməkdə ittiham edib.
“Hər şey yadımızdadır və qarşılığını verəcəyimiz gün gələcək”, deyə o hədələyib.
Daha sonra o bildirib ki, müharibə olmayacaq, çünki Azərbaycan Ermənistan tərəfi məğlub edə bilməyəcəyini bilir. Amma müharibə başlasa, Azərbaycan buna peşman olacaq.
Ermənistan mənbələrinə görə, son bir həftə ərzində Azərbaycanın 1993-cü ildə ermənilər tərəfindən işğal edilmiş Ağdam rayonu ərazisində keçirilən hərbi təlimlərdə bütün qoşun növlərini təmsil edən 40-50 min nəfər iştirak edib.
Noyabrın 12-də vurulmiş Mİ-24 döyüş helikopteri bu təlimlərin iştirakçısı idi. -02D-
-
- Dünyada
- 14 Noyabr 2014 18:30
-
- İqtisadiyyat
- 15 Noyabr 2014 12:12
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz