AMB notları heç kimə lazım deyil
İnvestorların “iştahası olmadığı üçün” fevralın 11-də Azərbaycan Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac yenə baş tutmayıb.
Banklara 5 mln manatlıq qısamüddətli notlar (ödəniş müddəti 28 gün) təklif edilib. Bu qiymətli kağızlar üzrə illik gəlirlilik uzun müddətdir 1% təşkil edir, bu isə investorları cəlb etmir. Tədavüldə bu notlardan qalmayıb. Mütəxəssislər bildirir ki, bütün bunlar AMB-yə də sərf edir.
«Bu siyasət pul kütləsinin artırılmasına xidmət etməkdədir. Hazırkı iqtisadi şəraitdə manatın sterilləşməsinə ehtiyac yoxdur. “AMB USD/AZN məzənnəsinin sabit qalması siyasətini həyata keçirməkdədir və bunu bazara tələb olunan miqdarda ABŞ dolları satmaqla tənzimləməyə çalışır», deyə broker şirkətlərinin birində Turan-a bildiriblər. 08B
-
- Dünyada
- 13 Fevral 2015 10:54
-
- İqtisadiyyat
- 13 Fevral 2015 11:41
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz