AmCham Azərbaycan hökumətinə Bazel II bank standartını qəbul etməyi tövsiyə edir
Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) Maliyyə Bazarlarına Nəzarət Palatasına Bazel II bank standartına keçmək imkanına baxmağı tövsiyə edir.
Turan-ın məlumatına görə, bu barədə AmCham Azərbaycan hökumətinə tövsiyəsində deyilir.
Maliyyə sektoruna aid blokda AmCham Bazel II bank standartına əsaslanaraq MBNP-yə minimal kapital tələbini dəyişməyi, proses və risklər üçün yeni minimal standart tətbiq etməyi, bankların hesabatlarının açıqlamasında risklər barədə daha çox şəffaflıq tövsiyə edir.
AmCham qeyd edir ki, bank və maliyyə sektoru ölkədə inkişaf etmiş sektorlardandır. İqtisadiyyat çətinliklə üzləşəndə dövlət yardımı davam etməlidir. Daha sabit bank sektoru sosial və iqtisadi vəziyyətə müsbət təsir edər.
AmCham hesab edir ki, Bazel II banklara kəskin iqtisadi böhran zamanı, likvidlik və kapitalın idarə edilməsinin düzgün qaydalarını hazırlamaqda kömək edər.
AmCham həmçinin «Kredit büroları haqqında» qanunun qəbul edilməsini istəyir. Bu, istehlakçıların marağını qoruyar, maliyyə strukturlarının risklərini azaldar. 71D
-
- Cəmiyyət
- 6 Dekabr 2016 16:46
-
- İqtisadiyyat
- 6 Dekabr 2016 17:25
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz