Anatoli Kazakov: «Azərbaycan, Rusiya və Qazaxıstan hələ iqtisadiyyatını şaxələndirməyib»
MDB Maliyyə-bank Şurasının birinci vitse-prezidenti, Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Cahangir Hacıyev çıxışında bildirib ki, Mərkəzi Bank tərəfindən 2015-ci ilin yanvarın 1-dən ölkədəki bankların məcmu kapitalı 50 mln manat olmalıdır. Kapital tələbinin 5 dəfəyədək artırılması bank sisteminin effektivliyinə müsbət təsir edəcək.
MDB ölkələrinin Maliyyə-bank Şurasının koordinasiya şurasının sədri Anatoli Kazakov bildirib ki, dünyada siyasi və iqtisadi gərginlik şərait hökm sürdüyü şəraitdə MDB ölkələri arasında əməkdaşlıq dərinləşdirilməlidir.
”Əməkdaşlığın genişləndirilməsi üçün yeni yollar və konsepsiya tapılmalıdır. Düzdür, 2020-ci ilə qədər konsepsiya hazırlanıb. Bununla belə, bizim iqtisadiyyat üçün uzunmüddətli pul lazımdır. Neftin qiymətinin azalması fonunda bu mühüm əhəmiyyət kəsb edir. Azərbaycan, Rusiya və Qazaxıstan hələ iqtisadiyyatını diversifikasiya edə bilməyib. Buna görə də gərgin gözləntilər ola bilər”, - deyə o vurğulayıb. --17D—
-
- Siyasət
- 14 Noyabr 2014 17:38
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz