Aprel ayinda təkrar mənzil bazarinda nisbi aktivlik müşahidə edilmişdir
Aprel ayında paytaxtın və eləcədə respublikanın digər şəhərlərinin Təkrar Mənzil Bazarında (TMB) nisbi aktivlik müşahidə edilsədə, ay ərzində qiymətlər dəyişməz olaraq qalmışdır. Əmlak Bazarı İştirakçıları ictimai birliyinin hesablamalarına görə hal-hazırda mənzillərin orta qiymət indeksi təxminən 1 kv/m üçün-1200 ABŞ dolları civarında qərarlaşıb, orta qiymətdən aşağı olan mənzillər isə ümimi portfeldə 50% dən daha çox paya malikdir. Mütəxəssislərin hesablamalarına görə, ay ərzində satışa çıxarılan mənzillərin orta qiyməti-112,9 min ABŞ dolları təşkil edib. Yasamal, Nəsimi, Nərimanоv və Xətai rayоnlarının təklif pоrtfеlindəki payı ötən aylarda olduğu kimi mütləq çохluq təşkil еdib və onların ümumi payı 75%-dən daha yuxarı olmuşdur. Aprel ayında da 3, 4 və 5 оtaqlı mənzillərin sayında azalma qеydə alınmamışdır, 1 və 2 оtaqlı mənzillərin təklif üzrə payında isə artım müşahidə оlunub.
Ekspertlər aprel ayında TMB-da nisbi aktivliyin artmasını əsasən İpoteka Kreditlərinin verilməsi və eləcədə evləri sökülmüş əhaliyə yeni evlər almaq üçün kompensasiyaların verilməsi ilə əlaqələndirirlər. Eyni zamanda TMB-da qiymətlərin hələdə normadan baha olması, maklerlərin qiymətlərə süni təsir imkanları, mənzil almaq üçün dövlət tərəfindən dəstəklənən sosial proqramlarının olmaması, ipoteka və digər kredit vasitələri ilə ev almaq şərtləriinin ağır olması kimi səbəblər, TMB-da aktivliyin artmasına mənfi təsir göstərən əsas səbəblər kimi göstərilir. Yaxın günlərdə bazarda sabitliyin müşahidə ediləcəyi, qiymətlərin isə əsasən sabit və bahalaşmağa meyilli olacağı proqnozlaşdırılır.
-
- İqtisadiyyat
- 14 May 2013 13:09
İqtisadiyyat
-
Azərbaycan Prezidenti İlham Əliyev 1 yanvar 2025-ci ildən etibarən əmək pensiyalarının indeksləşdirilməsi ilə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sərəncam imzalayıb.
-
İtaliya hökuməti, bir sıra strateji aktivlərin satışı üzrə beynəlxalq tenderdə müraciətlərin qəbulunu 14 fevral tarixinə qədər uzatdığını açıqlayaraq, Azərbaycanın namizədinin hələ də favoritlər arasında olduğunu təsdiqləyib.
-
İqtisadi Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrulun araşdırması, Azərbaycan rayonları Ağdam, Füzuli və Xocavənddə bərpa layihələri ilə bağlı büdcə xərclərinə diqqət yetirir. Araşdırmada Ermənistan işğalından azad edilmiş ərazilərdə həyata keçirilən dövlət sifarişli tikinti və infrastruktur layihələri araşdırılıb.
-
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov fevralın 4-də Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı missiyasının rəhbəri Anna Bordo başda olmaqla BVF nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə iqtisadi əməkdaşlıq, maliyyə sektorundakı çətinliklər və struktur islahatları müzakirə edilib, nazirlik bildirib.
Rəy yaz