Apreldə Böyük Britaniya şirkətlərinin bir qrup təmsilçisi Bakıya gələcək
Neft-qaz sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məqsədi ilə bu ilin aprelində Britaniyanın neft-qaz maşınqayırması sahəsində fəaliyyət göstərən şirkətlərinin Azərbaycana səfəri planlaşdırılır. Bu barədə Turan-a İqtisadiyyat Nazirliyində məlumat veriblər.
2015-ci ilin oktyabrında Bakıda Azərbaycan-Böyük Britaniya əməkdaşlıq forumu keçirilib. Forumda növbəti tədbirin neft-qaz maşınqayırması sahəsində əlaqələrin inkişafına həsr edilməsi qərara alınıb. Britaniya şirkətlərinin səfərinin təşkili ilə Britaniyanın Ticarət və İnvestisiya Departamenti məşğul olacaq.
Sovet dövründə Bakıda əsasən ixrac təyinatlı neft-qaz avadanlığı istehsal edən çoxlu müəssisələr olub. İndi bu müəssisələrin potensialından minimum istifadə edilir. Neft sənayesi üçün maşın və avadanlığın əsas hissəsi xaricdən alınır və milyardlarla ABŞ dollarına başa gəlir. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz