Apreldə deflyasiya olub
Bu ilin aprelində Azərbaycanda istehlak qiymətləri martla müqayisədə 0,2% ucuzlaşıb, deyə Dövlətstatkomda Turan-a bildiriblər.
Əvvəllər DSK məlumat vermişdi ki, fevralda manatın 34% devalvasiyasının ardınca mal və xidmət qiymətləri 4%, martda 0,9% artıb.
Apreldə ərzaq martla müqayisədə 0,5% bahalanıb, amma qeyri-ərzaq malları 0,5%, xidmətlər 0,9% ucuzlaşıb.
İllik hesablamada bu ilin 4 ayında rəsmi inflyasiya 3,1% olub. Ərzaq malları 4,6%, qeyri-ərzaq malları 2,6%, xidmətlər 1,5% bahalanıb. 08B
-
- Cəmiyyət
- 15 May 2015 19:36
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz