Aqrarkredit mikrokreditləşməni 5,1% artırıb
"Aqrarkredit" QSC qeyri-bank kredit təşkilatının aktiv kredit portfeli bu ilin yanvar-iyulunda $91 min və ya 0,5% artaraq $20,787 mln olub. Hesabat dövründə mikrokreditləşmə $909 min və ya 5,1% artaraq $18,665 mln olub.
Cəmiyyətin aktivləri $356 min və ya 1%, artaraq 1 avqust üçün $34,3 mln olub. Müştəri bazası 1,5% artaraq 10,299 min nəfərə çatıb.
Fəaliyyəti dövründə təşkilat 103 mln manat kredit, o cümlədən 82,4 mln manat mikrokredit verib.
Problemli kreditlərin payı 0,05 f.b. artaraq 0,53%-ə, mikrokreditləşmədə 0,05 f.b. artaraq 0,47%-ə çatıb. Hazırda şirkətin nizamnamə kapitalı 18 535 424 manatdır. Yeganə səhmdarı Əmlak Məsələləri Dövlət Komitəsidir Təşkilat 3-7 illiyə fərdi, qrup şəklində və biznes kredit verir. Kredit həcmi $100-$100 000 arasında olur. --15B--
-
- İqtisadiyyat
- 19 Sentyabr 2013 14:36
-
- İqtisadiyyat
- 19 Sentyabr 2013 15:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz