Aqrilizinq kənd təsərrüfatı texnikasını sığortalayacaq
“Aqrolizinq” ASC traktorların və digər kənd təsərrüfatı texnikasının bir il müddətinə sığortalanması ilə bağlı tender elan edib.
Səhmdar cəmiyyətin elanında deyilir ki, qatılmaq istəyənlər 500 manat ödəməklə maneəsiz iştirak edə bilər, bu zaman münasib qiymətə və razılaşmanın müddətinə və şərtinə uyğun xidmətlər təklif etməlidirlər.
Sığortaçılardan təkliflər sentyabrın 29-a qədər qəbul edilir, səhəri gün tenderin qalibin adı elan ediləcək.
“Aqrolizinq” ASC 2004-cü ilin oktyabrın 23-də AR Kənd Təsərrüfatı Nazirliyi yanında yaradılıb. 2014-2015-ci illərin yekununa görə, onun xətti ilə Aqrosənayeyə 6 min 427 vahid texnika, o cümlədən 647 taxıl yığan kombayn, 2,12 min ttaktor və digər kənd təsərrüfatı texnikası satılıb. Onun məlumatına görə, alınan kənd təsərrüfatı texnikası əsasən Çin, Belarus, Rusiya, Belçika, Finlyandiya və Türkiyədə istehsal edilir. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz