30 obyektin özəlləşdirilməsindən azı 562,3 min manat gəlirin əldə edilməsi gözlənilir
Sentyabrın 14-də Bakıda və Hərrac mərkəzinin regional şöbələrində ümumi bazar dəyəri 562 300 min manat olan 30 kiçik müəssisənin satışı ilə bağlı hərrac keçiriləcək.
Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına görə, investorlara ümumi sahəsi 2753,4 kvadrat metr olan obyektlər təklif edilir. Beləliklə, obyektin 1 kv.m orta hesabla 204 manata qiymətləndirib.
Bakıda investorlara seçim üçün 18 obyekt təqdim edilib. Hərraca əsasən ticarət (22), həmçinin Gəncə, Şirvan, Yevlax və Şəki şəhərlərində, Ağsu və Hacıqabul rayonlarında yerləşən ictimai iaşə obyektləri çıxarılıb.
Qeyd edək ki, avqustun 5-də ƏMDK 30 obyektin qiymətləndirilməsi ilə bağlı qiymət sorğusu keçirib. Dövlət alışının qalibi barədə məlumat verilmir. Ola bilər söhbət hərraca çıxarılan bu obyektlərin qiymətindən gedir.
2015-ci ildə ƏMDK 514 kiçik müəssisə və obyekt özəlləşdirib. Dövlət büdcəsinə 8 mln 424 min manat köçürülüb, bu da ötən ildən 15,6% çoxdur. 08D
-
- İqtisadiyyat
- 16 Avqust 2016 14:30
-
- İqtisadiyyat
- 16 Avqust 2016 14:45
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz