ARDNF BMK-ya investisiyaya başlayıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Beynəlxalq Maliyyə Korporasiyası (BMK) və digər suveren və təqaüd fondları ilə birgə yeni yaradılmış Beynəlxalq Maliyyə Korporasiyasının Qlobal İnfrastruktur Fonduna $150 mln sərmayə qoyacaq, deyə ARDNF məlumat verir.
" İlkin tranşda BMK-nın Qlobal İnfrastruktur Fondu 500 milyon ABŞ dolları məbləğində vəsaiti idarə edəcək ki, bu vəsaitin də 150 milyon ABŞ dollarının ARDNF tərəfindən ayrılması nəzərdə tutulur və Fond son tranşa qədər yatırımlarını 200 milyon ABŞ dollarına çatdırmağı planlaşdırır", - deyə Fond xəbər yayıb.
ARDNF 2010-cu ildə BMK-nın Aktivlərin İdarə edilməsi Şirkəti tərəfindən idarə edilən Afrika, Latın Amerikası və Karib Fonduna 100 milyon ABŞ dolları və 2012-ci ildə BMK-nın Katalizator Fonduna 50 milyon ABŞ dolları məbləğində sərmayə yatırıb.
* 2013-cü il yanvarın 1-i üçün 01 yanvar ARDNF-nin vəsaitlərinin ümumi həcmi 2012-ci ilin əvvəli ilə ($29,8 mlrd) müqayisədə 14,5% artaraq 34 129,4 mln. ABŞ dolları təşkil edib..--12D--
-
- İqtisadiyyat
- 2 Aprel 2013 15:42
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz