Birjadankənar «həyəcan» davam edir
Korporativ qiymətli kağızların birjadankənar bazarında 2012-ci ilin dekabrından başlayan aktivlik bu ilin martında da davam edib. Bakı Fond Birjasının məlumatına görə, martda birjadankənar 8,5 mln manatlıq 100 min səhmin alqı-satqısı üzrə əqdlər qeydiyyata alınıb. Martda birjadankənar əməliyyatların həcmi birja təkrar dövriyyəsini 3,4 dəfə keçib. BFB-nin məlumatına görə, birjadankənar satışın əsas hissəsi (8,3 mln manat) maliyyə təşkilatlarının QK-nın payına düşür. Birja platformasında da belədir.
Depozitarların BFB-yə verdiyi məlumata görə, bu ilin 3 ayında birjadankənar QK əqdlərinin həcmi 72,5 mln manat olub.
Birjadan fərqli olaraq, birjadankənar QK bazarı 2012-ci ilin mayından şəffaf deyil və ona görə hansı səhmlərin satıldığı məlum olmur. 2011-2012-ci illərdə Qiymətli Kağızlar bazarının inkişafı üzrə dövlət proqramı birjadankənar bazarda şəffaflığın təmin edilməsini nəzərdə tutur. Bununla bağlı 2012-ci ilin avqustunda QKDK müvafiq normativ akt qəbul edib. Amma BFB bu sənədə etina etmir. 08B
-
- İqtisadiyyat
- 2 Aprel 2013 15:00
-
- Sual-cavab
- 2 Aprel 2013 15:54
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz