ARDNF-nin binasının sığortası ucuz başa gələcək
Dövlət Neft Fondu inzibati binasının icbari sığortası, daşınar əmlakın könüllü sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə müqavilə bağlayıb. Ötən il olduğu kimi, sığortaçı “Paşa Sığorta” ASC-dir.
Müqavilənin qiyməti 140,3 min manatdır. Bu, ötən ilkindən 22,6 min manat azdır, deyə ARDNF bildirir.
Fondun 26 mərtəbəli binasının tikintisi üzrə 2011-ci ilin dekabrında “N.V. Besix S.A” şirkəti ilə müqavilə bağlanıb. İnzibati binanın açılışı 2014-cü ilin dekabrında olub. 08D
-
- İqtisadiyyat
- 29 Mart 2017 14:31
İqtisadiyyat
-
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin mühüm halqası olaraq, 2024-cü ildə 7,6 milyon ton yük qəbul edib ki, bu da əvvəlki illə müqayisədə 3,2% artım deməkdir. Bu artım limanın qlobal ticarətdə artan rolunu və Çin, Türkiyə, Gürcüstan, İran və Rusiya kimi ölkələr üçün tranzit qovşağı kimi əhəmiyyətini vurğulayır.
-
Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Abu Dabi Milli Neft Şirkətindən (ADNOC) şelfdə yerləşən SARB və Umm Lulu konsessiyasındakı 3%-lik payı 285 milyon dollara alıb. Bu, iki ölkə arasında enerji əlaqələrinin dərinləşdirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir. Müqavilə 2024-cü ilin may ayında bağlanıb və 2025-ci ilin yanvarında yekunlaşıb.
-
Bakı Kiçik və Orta Biznes (KOB) Evi və Miniboss Biznes Məktəbi uşaqlarda sahibkarlıq bacarıqlarının inkişafına yönəlmiş anlaşma memorandumu imzalayıblar. Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bazar ertəsi məlumat yayıb.
-
2025-ci ildə Azərbaycanın informasiya təhlükəsizliyi və rəqəmsal infrastrukturu təzyiq altında qalır, çünki ekspertlər Milli İnternet Mübadilə Mərkəzinin (İnternet Exchange Point - IXP) olmamasını vurğulayırlar. Multimediya QHT-nin rəhbəri Osman Gündüz İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyini (İKTA) əsas provayderlər olan Azertelecom, Delta Telecom, AzTelekom və qlobal sənaye liderləri ilə əməkdaşlıq edərək Milli İnternet Mübadilə Mərkəzinin yaradılmasına rəhbərlik etməyə çağırıb.
Rəy yaz