ARDNF-yə mənfəət nefti və qazdan $5,5 mlrd daxil olub
Yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” blokundan satılan mənfəət nefti və “Şahdəniz” yatağındakı qazdan 5 mlrd 499 mln dollar götürüb.
Fondun məlumatında deyilir ki, daxilolmaların böyük hissəsi (5 mlrd 225 mln dollar) mənfəət neftinin, qalan 274 mln dollar “Şahdəniz” yatağından mənfəət qazının payına düşür.
ARDNF-nun maliyyəsi toplanmağa başlayandan (2001-ci ilin əvvəli) bu ilin oktyabrın 1-ə qədər AÇG-dəki neftin satışından 115 mlrd 376 mln dollar, 2007-ci ilin əvvəlindən “Şahdəniz” yatağından qazın satışından 2 mlrd 394 mln dollar daxil olub.
AÇG-nin iştirakçıları bunlardır: SOCAR (11,65%), BP (35,78%), Chevron (11,27%), ExxonMobil (8,0006%), ONGC VideshLimited (2,72%), Inpex (10,96%), Itochu (4,3%), Statoil (8,56%) və TPAO (6,75%).
"Şahdəniz" iştirakçıları bunlardır: SOCAR (16,7%), BP (28,8%), Petronas (15,5%), "Lukoyl" (10%), NICO (10%) və TPAO (19%). Hər iki layihənin operatoru ВР şirkətidir. --17D--
-
- İqtisadiyyat
- 2 Oktyabr 2015 14:28
-
- İqtisadiyyat
- 2 Oktyabr 2015 16:02
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz