Azersun Holding Sankt-Peterburq bazarını mənimsəyir
«Azersun Holding» şirkətlər qrupu Sankt-Peterburqda bu regiona Azərbaycandan ərzaq tədarükü üzrə birgə müəssisə yaradıb.
Bunu jurnalistlərə Sankt-Peterburq hökumətinin sahibkarlığın və istehlak bazarının inkişafı üzrə komitənin sədri Elgiz Kaçayev Bakıda keçirilən Azərbaycan-Rusiya biznes forumu çərçivəsində deyib.
Bununla bağlı Sankt-Peterburq qubernatoru Georgi Poltavçenko Binədə Azersun Holding-in İnnovasiya Parkının ofisi və istehsal sahələrində olub. Qubernator və nümayəndə heyəti şirkətin istehsal sahələrinə baxıb, kənd təsərrüfatı məhsullarının tədarükü üzrə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Azersun Holding ölkənin ən iri istehsalçı və ixracatçısıdır. O, ərzaq malları istehsalı və ixracı üzrə liderdir. Qrupun böyük kənd təsərrüfatı sahələri, RF və başqa ölkələrdə istehsal müəssisələri var. Holdinqin məhsulları yerli mağazaların çeşidinin 60%-i təmin edir, həmçinin qonşu ölkələrə satılır. --17D—
-
- Cəmiyyət
- 2 Oktyabr 2015 13:51
-
- İqtisadiyyat
- 2 Oktyabr 2015 15:34
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz