ARDNŞ 2014-cü ilə yekun vurub: dövlət büdcəsinə ödənişlər 16% artıb
Dövlət Neft Şirkəti 2014-cü ildə dövlət büdcəsinə 1 mlrd 825 mln manat ($2,33 mlrd – red) vergi ödəyib. ARDNŞ mətbuat xidmətinin məlumatına görə, bu, rekord göstəricidir. 2013-cü ildə ARDNŞ dövlət büdcəsinə 1 mlrd 574 mln 437 min manat ödəyib. Yəni ötən il dövlət büdcəsinə ödənişlər 15,9% artıb.
2014-cü ildə neft və qaz hasilatı, neft məhsulları istehsalı proqnozları ödənilib. ARDNŞ-nin məlumatında deyilir ki, 1 iyul 2014-cü il üçün şirkətin ümumi aktivlərinin həcmi 2005-ci ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfə artaraq, 24 milyard 442 milyon manata çatıb.
ARDNŞ prezidenti Rövnəq Abdullayev qeyd edib ki, yeni ildə şirkətin həyata keçirəcəyi neft-qaz əməliyyatlarının başlıca məqsədi neft məhsullarına və təbii qaza ölkədaxili tələbatın təmin olunmasından ibarətdir. Həmçinin şirkətin bütün idarə və müəssisələrinə xərcləri optimallaşdırmaq tapşırılıb.–12D--
-
- İqtisadiyyat
- 5 Yanvar 2015 12:28
-
- İqtisadiyyat
- 5 Yanvar 2015 12:34
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz