- İqtisadiyyat
- 5 Yanvar 2015, 12:28
- 172
Neft Fondunun büdcəsi niyə təsdiq edilməyib?
Azərbaycan prezidenti hələ Neft Fondunun büdcəsini təsdiq etməyib. Bu prosedur, adətən, dekabrda olurdu.
Prezident İlham Əliyev 29 dekabrda Neft Fondunun inzibati binasının açılışında iştirak edib. Fond və onun rolu barədə çox xoş sözlər deyib. Amma 2015-ci ilin büdcəsi təsdiq edilməyib.
Fondun büdcəsinin təsdiqi Azərbaycan iqtisadiyyatı üçün vacib hadisədir: 2015-ci ildə büdcə gəlirlərində onun vəsaitləri 53,5% təşkil edəcək. Neft Fondunun vəsaitləri ilə “Cənub Qaz Dəhlizi”ndə, vacib neft-qaz layihələrində dövlətin payı maliyyələşdiriləcək.
Aydındır ki, hökumət Neft Fondunun gəlirlərini dəqiqləşdirir. Dünya bazarında neftin qiyməti düşür və proqnozlar qiddiyyətlidir. Ona görə, yəqin, ölkə rəhbərliyi xərclər üzrə son detalları dəqiqləşdirir.
Dekabrın sonunda ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov bəyan etdi ki, xərcləri azaltmaq üçün mexanizmlər hazırlayırlar. Bununla bağlı Fond müxtəlif ssenarilər hazırlayır.
ARDNF-nin məlumatına görə, 2013-cü ildə Fondun gəlirləri 13,6 mlrd, xərcləri 12,3 mlrd manat olub. 2014-cü ildə gəlirlər 11,6 mlrd, xərclər 10,6 mlrd manat proqnozlaşdırılıb.
15 ildə Fondun gəlirləri $117,2 mlrd, xərcləri $80,1 mlrd olub. –12A—
-
- İqtisadiyyat
- 5 Yanvar 2015 12:12
-
- İqtisadiyyat
- 5 Yanvar 2015 12:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz