ARDNŞ neft-kimya kompleksinin tikintisinin nə vaxt başlayacağını bilmir
ARDNŞ neft-qaz emalı və neft-kimya kompleksinin tikintisinin nə vaxt başlayacağı bilinmir. Bunu şirkətin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, hökumət komissiyası işləri davam etdirir. Layihə işləri başa çatandan sonra komissiya tikintinin başlayacağı vaxtı bildirəcək.
Əvvəllər ARDNŞ planlaşdırırdı ki, 2013-cü ildə tikintiyə başlasın. Bununla bağlı ARDNF-nin 2013-cü il büdcəsindən 211 mln 950 min manat ayrılmışdı. Amma son variant qəbul edilmədi. Apreldə son təklifləri hazırlamaq üçün hökumət komissiyası yaradıldı.
Layihənin TİƏ-ni Technip, Foster Wheeler və UOP şirkətləri hazırlayıb. Komissiya yaradılana qədər layihənin qiyməti $14,2 mlrd, bank kreditlərinə xidmət də daxil $17 mlrd idi. Görünür, bu yüksək qiymət (digər Xəzəryanı ölkələrdə də belə komplekslərin layihələri həyata keçirilir, amma Azərbaycan layihəsi miqyası və kağız üzərindəki qiymətinə görə ən bahadır) ölkə rəhbərliyini təmin etməyib.
Əvvəllər nəzərdə tutulurdu ki, kompleksin ilk hissəsi 2017–2018-ci illərdə, tam kompleks 2020-ci ilin dekabrında istismara veriləcək. Ehtimal ki, layihə bu müddətə başa çatmayacaq. --12В--
-
- İqtisadiyyat
- 9 Sentyabr 2013 14:12
-
- Söz istəyirəm
- 9 Sentyabr 2013 14:23
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz