- İqtisadiyyat
- 14 Oktyabr 2014, 14:58
- 174
ARDNŞ-nin tərəfdaşları gələn il dövlət büdcəsinə 800 mln manat təmin edəcək
2015-ci ildə neft-qaz sektorunda PSA sazişlər çərçivəsində çalışan şirkətlərin mənfəət vergisindən dövlət büdcəsinə mədaxil 800 mln manat olacaq.
Maliyyə Nazirliyinin proqnozuna əsasən, bu, dövlət büdcəsinə gözlənilən mənfəət vergisinin (2 mlrd 211 mln manat) 37,9%-dir. Xatırladaq ki, Maliyyə Nazirliyi neftin qiymətini 1 barrel üçün $90 nəzərdə tutub.
Neft-qaz sektorunda PSA sazişlər çərçivəsində çalışan şirkətlər ildə 4 dəfə mənfəət vergisi ödəyir: yanvar, aprel, iyul, oktyabr. Mənfəət vergisindən dövlət büdcəsinə mədaxil dünya bazarında neftin qiymətindən asılıdır.
2014-cü ildə bu şirkətlərin mənfəət vergisi 977 mln manat (proqnoz neftin 1 barreli $100 hesablanaraq verilib) təsdiq edilib. Neft-qaz sektorunda PSA sazişlər çərçivəsində çalışan şirkətlər 2013-cü ildə dövlət büdcəsinə 1 mlrd 420,6 mln manat mənfəət vergisi ödəyib.
Müstəqillik dövründə dövlət neft-qaz yataqlarının istismarı üzrə 30 belə saziş imzalayıb. --17D—
-
- İqtisadiyyat
- 14 Oktyabr 2014 14:46
-
- Siyasət
- 14 Oktyabr 2014 15:01
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz