ARDNŞ qazla bütün Gürcüstanı təmin edir, amma inhisarçı deyil
Gürcüstanın Energetika Nazirliyi Azərbaycan Dövlət Neft Şirkətini bu ölkənin qaz bazarında inhisarçı hesab etmir. Bu barədə dünən “Kommersant” radiostansiyası Gürcüstanın energetika nazirinin müavini Mariam Valişviliyə istinadən verib.
Radiostansiya bildirir ki, SOCAR Energy Georgia-nın Gürcüstanın qaz bazarında inhisarçı olub-olmaması ARDNŞ “İtera Qruziya” şirkətini alandan sonra aktual oldu. Nazir müavini radiostansiyanın sualına cavab verərkən bildirib ki, bu əqd bazarda heç nəyi dəyişməyib. “İtera Qruziya” ARDNŞ qazı ilə təchiz olunurdu və bütün Gürcüstan Azərbaycan qazı ilə təchiz olunur.
Onun sözlərinə görə, yeni inhisarlar barədə deyilənlər əsassızdır.
Valişvili qeyd edib ki, ölkədə tarif siyasətinə xüsusi komissiya nəzarət edir və inhisar olduqda şirkət öhdəliklərdən qaça bilməz.
SOCAR Georgia Gas şirkəti Gürcüstanın bütün regionlarını təbii qazla təmin edir. Amma Tbilisi onun səlahiyyətində deyil. –0—
-
- İqtisadiyyat
- 6 Noyabr 2012 10:47
-
- Cəmiyyət
- 6 Noyabr 2012 10:53
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz