ARDNŞ Rumıniya layihələrinə 50 mln avro investisiya qoyacaq
ARDNŞ 2013-cü ildə Rumıniya layihələrinə 50 mln avro investisiya qoyacaq, deyə şirkətin saytı məlumat verir.
"ARDNŞ artıq Rumıniya iqtisadiyyatına 20 mln avro qoyub. Ölkədə "SOCAR" brendi ilə 14 yanacaqdoldurma məntəqəsi işləyir. 2013-cü ildə Rumıniya layihələrinə 50 mln avro investisiya qoyulacaq və daha 20 YDM açılacaq", - deyə məlumatda bildirilir.
Məlumatda o da deyilir ki, yaxın vaxtlarda Rumıniyanın Baçau, Foşan və Roman şəhərlərində "SOCAR" brendi ilə 3 yanacaqdoldurma məntəqəsi açılacaq. Perspektivdə Transilvaniya və cənub regionları nəzərdə tutulur.
Əvvəllər ARDNŞ prezidenti Rövnəq Abdullayevə istinadən bildirilirdi ki, ARDNŞ yaxın vaxtlarda Rumıniyada YDM sayını 300-ə çatdırmaq istəyir. --0--
-
- İqtisadiyyat
- 9 Aprel 2013 14:07
-
- İqtisadiyyat
- 9 Aprel 2013 14:42
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz