
MMX-yə daxil olan məlumatların sayı martda 7,2% azalıb
2013-cü ilin martında AMB yanında Maliyyə Monitorinqi Xidmətinə şübhəli və cari əməliyyatlar barədə 19,500 min məlumat daxil olub. Bu, ötən aydakından 7,2% azdır.
Xidmətin məlumatına görə, bu ilin 3 ayında onlara 59,515 min məlumat daxil olub. 2012-ci ilin yanvar-martı ilə müqayisədə bu göstərici 3898 vahid və ya 7% artıb.
Maliyyə Monitorinqi Xidməti 2009-cu ildən fəaliyyət göstərir və çirkli pulların yuyulması və terrorun maliyyələşdirilməsi ilə mübarizə üzrə dövlət siyasətini həyata keçirir. --15B--
-
- İqtisadiyyat
- 9 Aprel 2013 14:21
-
- İqtisadiyyat
- 9 Aprel 2013 14:44
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz