ARDNŞ: «Şahdəniz-2» çərçivəsində 39 sənəd imzalanacaq
Dekabrın 17-də gözlənilən «Şahdəniz» yatağının işlənilməsinin ikinci mərhələsinə dair yekun investisiya qərarının qəbulu çərçivəsində 39 sənədin imzalanması planlaşdırılır, deyə çərşənbə axşamı ARDNŞ prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib.
Onu sözlərinə görə, yatağın işlənilməsinə dair tərəfdaş-şirkətlərin mütəxəssisləri lazımı sənədlərin hazırlanması prosesini başa çatdırır.
«Şahdəniz» işlənilməsinin ikinci mərhələsinin dəyəri 25 mlrd dollar həcmində qiymətləndirilir, bu barədə BP şirkətinin (texniki operator) bu ilin üç rübünün nəticələrinə dair hesabatında deyilir. Bu layihə çərçivəsində ilk qazın 2018-ci ildə alınacağı planlaşdırılır.
Yatağın işlənilməsinin ikinci mərhələsi çərçivəsində 16 mlrd kubmetr qaz hasil edilməsi planlaşdırılır, onun 6 mlrd kubmetri Türkiyəyə, 10 mlrd-ı Avropaya nəql ediləcək. «Mərhələ-2» layihəsinin bütün dövrü ərzində yataqlardan 360 mlrd kubmetrə yaxın qaz çıxarılması planlaşdırılır. Qeyd edək ki, «Mərhələ-1» çərçivəsində bu göstərici 178 mlrd kubmetrdir.
Layihənin iştirakçıları: BP (operator) - 25,5%, Statoil - 25,5%, ARDNŞ – 10%, NICO – 10%, Total – 10%, LUKoil - 10 %, TPAO – 9%. Müqavilənin müddəti 2036-cı ilin oktyabr ayında başa çatır.–12B--
-
- Siyasət
- 11 Dekabr 2013 10:22
-
- İqtisadiyyat
- 11 Dekabr 2013 11:03
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz