Azərbaycanla Qazaxıstan enerji əməkdaşlığını artırmaq istəyir
Azərbaycanla Qazaxıstan ikitərəfli münasibətləri, o cümlədən enerji əməkdaşlığını artırmaq istəyir. Bu barədə jurnalistlərə energetika naziri Natiq Əliyev Bakıda keçirilmiş iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının iclasının yekunları üzrə bildirib.
"Biz, demək olar, bütün sahələri əhatə edən əməkdaşlığın inkişafını müzakirə etdik. Ölkələrimiz arasında iqtisadi və ticari əlaqələr artım nümayiş etdirir, belə ki, illik hesabatda əmtəə dövriyyəsi 42 faiz artıb. Halbuki ötən il mənfi dinamika qeydə alınıb. Buna səbəb qlobal iqtisadi böhranın fəsadları olub", deyə o bildirib.
Nazirin sözlərinə görə, enerji iki ölkə arasında əməkdaşlığın vacib istiqamətlərindən biridir.
"Məlum olduğu kimi, Qazaxıstan nefti Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri üzrə göndərilir. İki ölkənin dövlət başçıları qarşılıqlı uyğunlaşdırılmış enerji siyasəti aparır. Xəzər regionunda heç bir enerji layihəsi ölkələrimizin iştirakı olmadan həyata keçirilmir. Biz enerji sahəsində qarşılıqlı fəaliyyətin inkişafı üzərində fəal iş aparırıq. Azərbaycan Qazaxıstanın iri "Kaşağan" yatağının istismara verilməsini səbirsizliklə gözləyir. Həmin yataqdan hasil ediləcək məhsulu BTC və Azərbaycanın digər boru kəmərləri vasitəsilə dünya bazarlarına çıxartmaq mümkün olacaq", - deyə Əliyev bildirib.—0--
-
- İqtisadiyyat
- 11 Dekabr 2013 10:51
-
- Cəmiyyət
- 11 Dekabr 2013 11:15
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz