ARDNŞ "Star" mediaholdinqindəki payını satıb
Dövlət Neft Şirkəti (ARDNŞ) "Star" mediaholdinqindəki payını satıb. Bu faktı şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nizaməddin Quliyev təsdiq edib. “ARDNŞ beynəlxalq biznes şirkətidir. İqtisadi səmərəliliyindən asılı olaraq, ARDNŞ müxtəlif aktivlər alır və iqtisadi cəhətdən sərfəli olduğu halda satır”.
Onun sözlərinə görə, bu, aktivlərin bazar qiymətinin dəyişkən olması və iqtisadi səmərəliliyi ilə əlaqədar məsələdir.
Reuters agentliyinin şənbə günü yaydığı məlumata görə, ARDNŞ türkiyəli biznesmen Fəttah Tamincə ilə mediaholdinqindəki 50% payını satmaq üçün danışıqlar aparır.
"Holdinqdəki 50% payımızı satmaq üçün danışıqlar aparırıq. Danışıqlar uğurlu keçsə, bu bazardan tam çıxıb ölkədəki iri layihələrlə məşul olacağıq", - SOCAR Turkeyin baş direktoru Kənan yavuz qeyd edib.
ARDNŞ, Ethem Sancak və Fəttah Tamincənin mülkiyyətində olan Star media qrupu eyni adlı qəzet və bir neçə telekanaldan ibarətdir. Ethem Sancak və Fəttah Tamincə AKP və Ərdoğana yaxınlığı ilə seçilir.—0-
-
- İqtisadiyyat
- 12 Avqust 2014 17:46
-
- İqtisadiyyat
- 12 Avqust 2014 17:53
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz