ARDNŞ Supsa limanından neft ixracını 8,5% artırıb
ARDNŞ 2014-cü ildə Supsa limanından 2 mln 957,39 min ton Azərbaycan nefti ixrac edib.
ARDNŞ mətbuat xidmətinin məlumatına görə, 2014-cü ilin dekabrında ARDNŞ Supsa limanından 254,498 min ton Azərbaycan nefti göndərib.
2013-cü ildə ARDNŞ Supsa limanından 2 mln 725,95 min ton Azərbaycan nefti ixrac etmişdi. Beləliklə, 2014-cü ildə Supsa limanından neft ixracı 8,5% artıb.
Gürcüstan terminalından Supsa limanından Azərbaycan neftinin ixracı niyə artıb? Məsələ burasındadır ki, 2014-cü il yanvarın sonunda ВР-Azerbaijan şirkəti "Çıraq" yatağında "Qərbi Çıraq" platformasını istismara verib. Bu yataqda hasil edilən neft Bakı-Supsa kəməri ilə nəql edilir.
Bakı-Supsa kəməri 17 aprel 1999-cu ildə istismara verilib.
Kəmərin uzunluğu 837 km, diametri 530 mm-dir. Buraxılış gücü ildə 7,5 mln ton olan kəmər AÇG yatağının işlənməsi layihəsi çərçivəsində tikilib. –12B--
-
- Siyasət
- 8 Yanvar 2015 12:43
-
- İqtisadiyyat
- 8 Yanvar 2015 13:43
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz