- İqtisadiyyat
- 9 Yanvar 2014, 11:00
- 219
ARDNŞ Türkiyədə OMV-nin avtoyanacaq doldurma biznesini ala bilər
Türkiyədə ən böyük investor olan Dövlət Neft Şirkəti OMV-nin Doğan Holding qrupuna məxsus Petrol Ofisində (POAŞ) payını ala bilər, deyə Türkiyə KİV-i bildirir.
OMV Petrol Ofisində payını satıb Türkiyə bazarından çıxmaq istəyir. Hazırda OMV Petrol Ofisində 95,75% paya malikdir.
30 mart 2012-ci ildə SOCAR Turkey Enerji A.Ş və SOCAR International DMCC OGG Petkim kompleksində 10,32% səhm alıb və payını 61,32%-ə çatdırıb. Səhmlərin 38,68%-i İstanbul Birjasında sərbəst tədavüldədir.
ARDNŞ həmçinin NEZ, konteyner terminalı və elektrik stansiyası tikintisi layihəsində iştirak edir. ARDNŞ TANAP layihəsinin də iştirakçısıdır..—0--
-
- Siyasət
- 9 Yanvar 2014 11:26
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz