ARDNŞ və "Rosneft" iki saziş imzalayıb
Dünən RF prezidenti Vladimir Putinin Bakıya səfəri çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti ilə “Rosneft” ASC iki sənəd imzalayıb. Sazişləri Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və “Neftyanaya kompaniya ”Rosneft" Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri İqor Seçin imzalayıb.
Birinci sənəd - “Əməkdaşlıq haqqında Saziş" müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutur.
İkinci sənəd – “Neft nəqlinin əsas şərtləri" adlanır.
ARDNŞ-də Turan-a bildiriblər ki, bu sənəd iki şirkət arasında neft sahəsində ticarət əməliyyatlarının keçirilməsini nəzərdə tutur. Bu əməliyyatlar Azərbaycan və RF ərazisində olacaq. "Yəni ARDNŞ qarşılıqlı fayda əsasında “Rosneft”dən neft alıb emal edə, analoji həcmi nəqliyyat və başqa xərclər nəzərə alınmaqla başqa ölkələrdə verə bilər", - deyə şirkətdə Turan-a bildiriblər. --12В--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz