ARDNŞ xarici tərəfdaşlara yeni qaz sazişi təqdim edəcək
Dövlət Neft Şirkəti “Azəri-Çıraq-Günəşli”
üzrə tərəfdaşlara Xəzərin Azərbaycan sektorunda bu blokda dərin laylardakı qazın çıxarılması üzrə sazişin ilkin variantını təqdim edəcək. Bu barədə ARDNŞ-dəki yüksək vəzifəli şəxs bildirib.
Onun sözlərinə görə, sazişin draft-versiyası üzərində iş başa çatıb. "Amma draftın hazır olması imzalanacağı demək deyil, çünki razılaşdırmaq lazımdır. Hazırlıq bitəndə onu BP və başqa tərəfdaşlara təqdim edəcəyik. Düşünürəm ki, razılaşacağıq", - deyə mənbə bildirib.
ARDNŞ təmsilçisi deyib ki, layihənin bütün iştirakçılarının imzalayacağı saziş yeni formada bağlanacaq: "Bu, yeni formatlı saziş olacaq - Risk Service Agreement (minimal ödəmə zəmanətli saziş). Saziş parlamentdə təsdiq ediləcək". --12D--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz