AtaBank yarım ildə əhalinin əmanətlərinin onda birini itirib
Bu il iyulun 1-i üçün «AtaBank» ASC-nin aktivləri 397 mln 688 min manat (ilin əvvəlinə nisbətən + 6,1%) olub.
Bankdan verilən məlumata görə, kredit portfeli 255 mln 371 min manat (+11,3%), bank öhdəlikləri 340 mln 710 min manat (+4,3%) təşkil edib.
I yarımildə depozit portfeli 257 mln 885 min manat (mənfi 6%) olub, - maraqlıdır ki, əhali əmanətlərini geri alır – yarım ildə mənfi 10,5% qeydə alınıb - 171 mln 330 min manat.
Bu il iyulun 1-i üçün «AtaBank» ASC-nin xüsusi kapitalı 56 mln 977,55 min manat (+18,4%) olub, nizamnamə kapitalı 37 mln 500,7 min manat təşkil edib.
AtaBank 1994-cü ildə yaradılıb və AtaHolding strukturuna daxildir. --17D—
-
- İqtisadiyyat
- 8 Avqust 2014 15:56
-
- Cəmiyyət
- 8 Avqust 2014 17:17
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz