Vergi qanunvericiliyinin pozulması azalmır
Vergilər Nazirliyi iyulda vergi qanunvericiliyini pozan 4 724 vergi ödəyicisi aşkarlayıb.
Qurumun press-relizində deyilir ki, 695 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 215 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 656 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.
Həmçinin 31 vergi ödəyicisinin 45 nəfər fiziki şəxsi əmək müqaviləsi bağlamadan işə cəlb etdiyi, 250 vergi ödəyicisinin fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıdığı aşkarlanıb.
32 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 322 ədəd mal olduğu müəyyən edilib.
TURAN agentliyi hər ay vergi müfəttişliyinin qanunvericiliyi pozanları cəzalandırması barədə hesabatlarından yazır. Təəssüf ki, nə pozuntular azalır, nə də qanunu pozanların sayı. --17D—
-
- İqtisadiyyat
- 8 Avqust 2014 16:07
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz