«Atabank»ın aktivləri 21% azalıb
2016-cı ildə «Atabank»ın aktivləri 2015-ci ilə nisbətən 125 mln 727 min manat və ya 21% azalaraq 472 mln 541 min manat olub.
Turan-ın məlumatına görə, hesabat dövründə bankın öhdəlikləri 130 mln 520 min manat və ya 24% azalaraq 412 mln 730 min manat olub.
Bankın depozitləri 269 mln 591 min manat, o cümlədən fiziki şəxslərin tələb olunanadək depozitləri 24 mln 662 min manat, hüquqi şəxslərin tələb olunanadək depozitləri 40 mln 536 min manatdır.
Bankda fiziki şəxslərin müddətli depozitləri 203 mln 142 min manat, hüquqi şəxslərin müddətli depozitləri 1 mln 250 min manat təşkil edir.
«Atabank»ın Azərbaycan Mərkəzi Bankına borcu 10 mln manatdır.
Bankın kapitalı 4 mln 794 min manat və ya 8,71% artaraq 59 mln 811 min manata çatıb.
2016-cı ildə bank 340 min manat mənfəət əldə edib. 71D
-
- İqtisadiyyat
- 1 Fevral 2017 14:52
-
- Siyasət
- 1 Fevral 2017 16:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz