British American Tobacco Bakıda nümayəndəlik açıb
“British American Tobacco Exports B.V.” (Niderland) şirkəti Bakıda nümayəndəlik açıb.
Vergilər Nazirliyinin məlumatına görə, nümayəndəliyin ofisi Bakı şəhəri Nərimanov rayonu, M. Araz ev 43 ünvanında yerləşir. Nümayəndəliyə Kaxaber Benidze rəhbərlik edir. O həmçinin “B.A.T (U.K. and Export) Limited”in Azərbaycan nümayəndəliyinin rəhbəridir. “B.A.T (U.K. and Export) Limited”in nümayəndəliyi Bakıda 1998-ci ildən faəliyyət göstərir.
Kaxaber Benidze eləcə də British American Tobacconun Qafqaz və Moldova üzrə baş meneceridir.
Azərbaycanda BAT markalı bəzi siqaretlər satılır. Bunların rəsmi distributor “Krokus ltd.” MMC-dir, Qeyri-rəsmi məlumata görə, bu şirkət Milli Məclis üzvlərinin birinə məxsusdur. 08B
-
- İqtisadiyyat
- 1 Fevral 2017 14:47
-
- İqtisadiyyat
- 1 Fevral 2017 16:23
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz