Azexport $4,6 mln məbləğində ixrac sifarişi alıb
Azexport portalı yanvarda 4,6 milyon dollarlıq ixrac sifarişi alıb, deyə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bildirir.
Turan-ın məlumatına görə, bu təkliflər əsasən Rusiya, Türkiyə, İraq, Bolqarıstan, Liviya, Moldova və digər ölkələrdəndir.
Bolqarıstan 4 min ton qırmızı mərci sifariş edib. Bu sifarişin ümumi dəyəri 4 milyon ABŞ dollarıdır. Bolqaristandan daha bir sifariş 10 ton fındıq ləpəsinədir. Bu satışdan qazanılacaq məbləğ 80 min ABŞ dollarıdır.
İraq və Liviyadan ümumi həcmi 300 ton miqdarında makaron məmulatlarına sifariş daxil olub. Bu sifarişin məbləği 180 min ABŞ dollarıdır.
Türkiyə, İraq, Liviya və Qana və Nigeriyadan ümumi həcmi 180 ton ixrac üçün toyuq əti sifariş olunub. Bu sifarişin ümumi dəyəri 350 min ABŞ dollarıdır.
Moldovadan 20 min ədəd Limonad sifarişi daxil olub ki, bu sifarişin də ümumi dəyəri 20 min ABŞ dollarıdır.
Bundan başqa, Rusiyadan kosmetik şirkətin, şərab məhsullarının distrübütorluğu üçün təklif gəlib. Hazırda istehsalçı şirkətlər qiymət və məhsul nümunələrini qarşı tərəfə göndərib.
Azexport.az vasitəsi ilə Fransadannar şirələrinin distrübutorluğu üçün sifariş daxil olub. Bunun üçün 10-dan artıq nümunə artıq Fransaya göndərilib. 71D
-
- Siyasət
- 1 Fevral 2017 14:21
-
- İqtisadiyyat
- 1 Fevral 2017 14:52
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz