«AtaBank»ın kredit portfeli iki dəfə artıb
İl ərzində «AtaBank»ın aktivləri 580 mln 316 min manata (+54,8%) artıb.
Bankdan verilən məlumata görə, kredit portfeli +94% artaraq 1 yanvar üçün 444 mln 964 min manat, depozitlər 446 mln 964 min manat, o cümlədən əhalinin əmanətləri 189 mln 262 min manat təşkil edib.
Bankın öhdəlikləri 517,62 mln manatdır (+58,4%).
Məcmu kapital 62 mln 696,2 min manat (+30,3%), nizamnamə kapitalı 50 mln manat (+33,3%) təşkil edir.
«AtaBank» ASC-nin xalis mənfəəti 7 mln 647 min manat olub. “AtaBank” 1994-cü ildə yaradılıb və AtaHolding strukturuna daxildir. --17D—
-
- Cəmiyyət
- 21 Yanvar 2015 13:37
-
- İqtisadiyyat
- 21 Yanvar 2015 14:16
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz