«Atəşgah Həyat» şirkətinin sədr müavini siyasətə getdi
«Atəşgah Həyat» şirkətində kadr dəyişikliyi olub.
Sədr müavini Şahin Seyidzadə AR Gənclər Təşkilatları Milli Şurasına sədr seçildiyi üçün sığorta işi ilə vidalaşıb.
Şirkətdə bildiribblər ki, Şahin Seyidzadə iqtisadçıdır. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, Mançester Universitetinin “Təhsil sistemlərinin idarə edilməsi” üzrə magistr dərəcəsinə yiyələnib.
2008-ci ilin mart-avqustunda “Atəşgah” SŞ İnsan Resursları şöbəsinin rəisi vəzifəsində çalışıb. 2010-cu ilin sentyabrından isə “Atəşgah Həyat” SŞ İdarə Heyətinin sədr müavini vəzifəsini tuturdu.
"Atəşgah Həyat Sığorta" müddətli həyat sığoratsı, yığım həyat sığortası, kredit həyat sığortası və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta kimi növlər üzrə xidmət göstərir.
"Atəşgah Həyat Sığorta" “İntermed” tibb klinikası ilə “Atəşgah” sığorta qrupuna daxildir.
Şirkət 1998-ci ilin martında yaradılıb. 2009-cu ilin yanvarına kimi "Kavkaz Sığorta" adı ilə fəaliyyət göstərib.
Səhmdarları "I.S.R. Holding Ltd." və RAN-Eksimdir.
Şirkətin nizamnamə kapitalı 4 mln manatdır. --17D—
-
- Mədəniyyət
- 3 Oktyabr 2012 12:58
-
- İqtisadiyyat
- 3 Oktyabr 2012 13:25
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz