"Atəşgah" ISO 9001:2008 standartı üzrə təkrar sertifikatlaşıb
"Atəşgah" sığorta şirkəti ISO 9001:2008 standartı üzrə təkrar sertifikatlaşmanı uğurla başa vurub.
Şirkətin mətbuat xidmətinin məlumatına görə, auditi beynəlxalq sertifikasiya orqanı olan “Total Quality Certification Services International Pty Ltd.” keçirib.
Müasir bazar münasibətləri şəraitində ISO 9001 beynəlxalq sertifikatlaşma seriyasına uyğun olaraq, keyfiyyətin menecmenti sisteminin tətbiqi müştəri cəlb etməyin yollarından biri olmaqla yanaşı, həm də şirkətin rəqabət və ödəmə qabiliyyətini sübut edən tutarlı dəlildir.
Xatırladaq ki, “Atəşgah” Azərbaycanda keyfiyyət menecmenti sistemi üzrə İSO 9001:2000 standartının tələblərinə müvafiq olaraq sertifikatlaşmanı 2003-cü ildə keçmiş ilk sığorta şirkətidir.
«Аtəşgah» 1996-cı ildə yaradılıb. 2007-ci ilin martında 5 illik lisenziya alıb. Hazırda şirkət 4 icbari, 18 könüllü sığorta növü üzrə xidmət göstərir.
Nizamnamə kapitalı 5 mln 8,5 min manatdır.
Şirkətin ölkədə 11 ofisi var. Bundan 5-i regionlarda - Gəncə, Lənkəran, Xaçmaz, Şəki və Mingəçevirdədir. Səhmdarları ARDNŞ (10%), I.S.R.Holding Limited (63%), «RAN-Еksim» MMC-dir (27%). --17D—
-
- İqtisadiyyat
- 16 May 2013 13:38
-
- Cəmiyyət
- 16 May 2013 14:30
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz