Atəşgahın cüzi mənfəəti
«Atəşgah» ötən ili 250,47 min manat mənfəətlə başa vurub. 2013-cü ildə bu göstərici 182,39 min (+37,3%) olub.
Şirkətdən verilən məlumata görə, gəlirlər 37 mln 546,3 min manat, ocümlədən sığorta haqları 35 mln 316,45 min manat, investisiya gəlirləri 756,11 min manat olub.
Xərclər 37 mln 233,21 min manat təşkil edib. Sığorta ödənişləri 15 mln 173,56 min manat, sığorta işlərinin aparılmasıxərcləri 15 mln 218,15 min manat, təkrar sığorta xərcləri 4 mln 787,85 min manat, mükafatlar üzrəqayıdan məbləğ 1 mln 92,43 min manat olub.
Aktivlər 6,8% artaraq 31 mln 996,02 min manat, öhdəliklər 25,8% artaraq 24 mln 677,28 min manat, xüsusi kapital 0,2% azalaraq 7 mln 318,74 min manat olub.
Banklardakı depozit 9,3% azalaraq 7 mln 384,9 min manat təşkil edib.
«Atəşgah» 1996-cı ildə yaradılıb. Nizamnamə kapitalı 5 mln 8,5 min manatdır. --17D—
-
- İqtisadiyyat
- 8 Aprel 2015 15:03
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz