Autsayder sığorta bazarını tərk etməyəcək
Bakı Fond Birjasında "Günay Sığorta" şirkətinin səhm emissiyası yerləşdirilməyə başlanılıb. 2,3 mln. manat məbləğində səhmin əlavə emissiyası nizamnamə kapitalını 7,7 mln manarta (+42,6%) artırmağa imkan verəcək. Bu isə Maliyyə Nazirliyinin tələbinə uyğundur.
Şirkətin əlavə emissiyadan olan səhmləri BFB-nin qeyri-kotirovka vərəqəsinə daxil edilib. Əlavə emissiya birinin nominalı 1000 manat olan 2300 ədəd səhmə bölünüb.
Səhmlərin yerləşdirilməsinin anderrayteri rolunda “Texnika Kapital Menecment” çıxış edir. Hazırda şirkətin nizamnamə kapitalı 5,4 mln. manata bərabərdir.
“Günay Sığorta” 1992-ci ildə yaradılıb. Şirkətin səhmdarları 3 hüquqi və 2 fiziki şəxsdir. 2014-cü ilin yanvar-noyabr aylarında şirkətin mükafatları 164,848 min manat, ödənişləri 75,922 min manat olub. --17D—
-
- Foto sessiyalar
- 8 Yanvar 2015 14:12
-
- Cəmiyyət
- 8 Yanvar 2015 14:30
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz