Aviadaşımalardan daxil olan gəlirlər artıb
2012-ci ilin yekunları üzrə Azərbaycanın aviaşirkətləri yük daşımalarından 392,4 mln. manat əldə ediblər. Bu, əvvəlki illə müqayisədə 4,3% çoxdur. Bu barədə Turan-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Aviaşirkətlərin yük daşımalarından balans mənfəəti xərclər nəzərə alınmaqla (279,2 mln. manat) 113,2 mln. manat təşkil edib. Daşımaların rentabelliyi 33%-i ötür.
2012-ci ildə hava nəqliyyatında yük daşımalarının ümumi həcmi 59,1 min ton təşkil edib ki, bu da 2011-ci ildə olduğundan
16,8% çoxdur. Bu ilin birinci yarısında karqo daşımaları 26,1 min ton təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur. Daşınmalar əsasən ölkə xaricində həyata keçirilir.
Azərbaycanda yük daşımaları ilə “Azerbaijan Airlines” QSC, “Turan Air”, “Silk Way Airlines” “Silk Way West” məşğul olur. Sonuncu üç şirkət “Silk Way Holding” şirkətlər qrupuna daxildir. Daşımaların əsas hissəsi holdinqin payına düşür. Qeyri-rəsmi məlumatlara görə, höldinq prezident İlham Əliyevin ailəsinə məxsusdur. 08B
-
- Siyasət
- 1 May 2013 14:36
-
- İqtisadiyyat
- 1 May 2013 14:41
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz