Bank Respublikadan yeni kredit aksiyası
Bank Respublika nağd kreditlər üzrə “Təcili pul lazımdır?” adlı endirim aksiyasına start verir.
“Təcili pul lazımdır?” – bu sual Sizdə yarandıqda Bank Respublika-nın yeni aksiyası lap yerinə düşər. Mayın 1-dən iyulun 31-dək Bank Respublika bütün nağd kreditlərə 2% endirim elan edir. Nağd kreditləşmə məhsullarının geniş çeşidi isə Sizə nağd pul məsələsinin həlli üçün ən uyğun gələnini seçmək imkanı yaradacaq. 24 ay müddətinədək verilən kreditin maksimal məbləği 5000 manat təşkil edir. Bununla yanaşı, 1000 AZN-dək kredit alanlardan zamin və girov tələb olunmur.
Müştərilərin rahatlığı və vaxtlarına qənaət etmələrini düşünərək Bank Respublika həmçinin kredit borclarını bankın rəsmi veb səhifəsində və geniş bankomat şəbəkəsi vasitəsilə onlayn ödənilməsi imkanını təklif edir.—15D--
-
- İqtisadiyyat
- 1 May 2013 14:39
-
- Siyasət
- 1 May 2013 15:23
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz